Əli qandallanmış adam, arxiv şəkli

Zaqatalada evlərdən oğurluq edən şəxs saxlanılıb

18
(Yenilənib 16:44 28.12.2018)
Onun dekabrın 6-da başqa bir evdən də 400 manat pul oğurladığı müəyyən edilib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. Dekabrın 27-də Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini onun evindən 139 manat pulun oğurlandığını bildirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxsin rayonun Yuxarı Tala kənd sakini Əhməd Məmmədov olduğu müəyyən edilib.

Ətrafında aparılan araşdırmalarla onun digər cinayət əməlinin də üstü açılıb. Belə ki, onun dekabrın 6-da başqa bir evdən də 400 manat pul oğurladığı müəyyən edilib.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.

18