Hadisə yerində polis avtomobili

Gecə Bakıda qətl törədənin kimliyi bilindi

626
(Yenilənib 16:40 28.12.2018)
Qatil gənclərə hücum etmək üçün "Evro Rent a Car" şirkətindən avtomobil kirayələyib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. Hüquq-mühafizə orqanları "Hyundai Elantra" markalı maşına atəş açmaqla bir nəfərin ölümü, bir nəfərinsə yaralanmasına səbəb olan adamın şəxsiyyətini müəyyənləşdirib. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. 

Qeyd edək ki, dekabrın 27-dən 28-nə küçən gecə paytaxtın Keşlə qəsəbəsində odlu silahdan istifadə edilməklə qəsdən adamöldürmə faktı qeydə alınıb. Atəşə tutulan avtomobildə olan Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Babayev Tural Rəhim oğlu hadisə yerindəcə ölüb, 1988-ci il təvəllüdlü Bağırov Asif Adışirin oğlu isə yaralanıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Aparılan araşdırma zamanı məlum olub ki, avtomobilə atəş açan şəxs 34 yaşlı İsmayılov Zaur Zülfüqar oğludur. İstintaq onun cinayəti АК-74 markalı avtomatla törətdiyini təsbit edib.

Hələlik İsmayılov saxlanılmayıb, lakin cinayət-axtarış qrupunun əməkdaşları bu istiqamətdə iş aparırlar. O da məlum olub ki, qatil gənclərə hücum etmək üçün "Evro Rent a Car" şirkətindən avtomobil kirayələyib. Hələlik cinayətin motivi barədə heç nə məlum deyil.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, gəzdirmə, daşıma və saxlama) maddələri ilə cinayət işi başlanıb.

Araşdırma davam edir.

626
Teqlər:
"Keşlə", Bakı, qətl
Əlaqədar
Daha bir tikinti şirkətinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb - RƏSMİ
Dünyanın aparıcı avtomobil şirkətlərindən birinə cinayət işi açılıb
Balakəndə narkotik satanlar cinayət başında yaxalandılar
Ötən gecə Bakıda ağır cinayət hadisəsi baş verib
Dəniz quldurlarının bayrağı, arxiv şəkli

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı mühəndis öldürülüb

15
(Yenilənib 00:29 24.01.2021)
Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər: "Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

BAKI, 24 yanvar - Sputnik. Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

“Report” xəbər verir ki, gəmidə olan 15 nəfər girov götürülüb, azərbaycanlı mühəndis isə qətlə yetirilib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".

15
Seysmoqraf, arxiv şəkli

Şahbuz rayonunda zəlzələ olub

7
(Yenilənib 19:19 23.01.2021)
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

BAKI, 23 yanvar - Sputnik. Yanvarın 23-də Şahbuz seysmoloji stansiyasından 10 kilometr şimal-qərbdə Şahbuz rayonunda maqnitudası 4.2 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:22-də qeydə alınıb.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

7