Azərbaycan Respublikasının Hesablama Palatası

Ukraynadakı səfirliyimizə dair materiallar Baş Prokurorluğa göndərilib

64
(Yenilənib 13:02 28.12.2018)
Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə müvafiq qərar qəbul edilib

BAKI, 28 dekabr — Sputnik. Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Bu barədə Sputnik Azərbaycan-a Palatanın mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, iclasda həyata keçirilmiş aşağıdakı nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub.

"Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlərin əldə olunmuş nəticələr baxımından təhlili və 2015-2017-ci illər üzrə qiymətləndirilməsi" mövzusunda təhlilə dair, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gədəbəy rayon şöbəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair nəzarət tədbirləri üzrə Auditor Hesabatları müzakirə olunub.

Kollegiya iclasında hər bir nəzarət tədbiri üzrə müvafiq qərar qəbul edilib.

Kollegiyada, həmçinin dövlət büdcəsindən Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin inzibati binasının əsaslı təmirinə ayrılan vəsaitlərdən istifadəyə dair auditin nəticəsi üzrə materialların Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi qərara alınıb.

Eyni zamanda, həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icrası vəziyyəti barədə auditorların məlumatı dinlənilmiş, müvafiq qərarlar qəbul edilmiş, həmçinin cari məsələlərə baxılıb.

64
Teqlər:
müzakirə, Azərbaycan, Hesablama Palatası
Əlaqədar
Hesablama Palatasının səlahiyyətləri genişləndirildi
Hesablama Palatası AzərTAc və İTV-nin fəaliyyətini yoxlayıb
Hesablama Palatası Xarici İşlər Nazirliyində nöqsanlar aşkarladı