Polis maşını hadisə yerində

Ötən gecə Bakıda ağır cinayət hadisəsi baş verib

413
(Yenilənib 10:51 28.12.2018)
Faktla bağlı təxirəsalınmaz istintaq əməliyyat tədbirləri davam etdirilir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 28 dekabr — Sputnik. Ötən gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib. Bu barədə Sputnik Azərbaycan-a Nizami Rayon Prokuruluğundan məlumat verilib. Məlumata görə, 10 TO 170 dövlət nömrə nişanlı "Hyundai Elantra" markalı maşına arxadan atəş açıldıqdan sonra maşın saxlanılıb.

Avtomobildə olan Bakı şəhər sakinləri - 1991-ci il təvəllüdlü Babayev Tural Rəhim oğlu və 1988-ci il təvəllüdlü Bağırov Asif Adışirin oğlu naməlum şəxs və ya şəxslər tərəfindən odlu silahla güllələnib. 

Hadisə nəticəsində T.Babayev dünyasını dəyişib, A.Bağırov isə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.

Baş vermiş güllələnmə hadisəsi ilə bağlı cinayət işi açılıb. Faktla bağlı Nizami rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (iki və daha çox şəxsi qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, gəzdirmə, daşıma və saxlama) maddələri ilə cinayət işi başlanıb.

İş üzrə müvafiq ekspertiziyalar təyin olunub,hadisənin səbəbləri və cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi üçün polis və prokurorluq orqanları əməkdaşları tərəfindən istintaq əməliyyat qrupu yaradılıb. Faktla bağlı təxirəsalınmaz istintaq əməliyyat tədbirləri davam etdirilir.

413
Teqlər:
güllələnmə, Keşlə, Bakı, qətl, cinayət
Əlaqədar
Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünyanın aparıcı avtomobil şirkətlərindən birinə cinayət işi açılıb
Daha bir tikinti şirkətinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanılıb - RƏSMİ
Balakəndə narkotik satanlar cinayət başında yaxalandılar
Bakıda buludlu hava, arxiv şəkli

İstirahət gününün havası açıqlandı

5
(Yenilənib 12:41 23.01.2021)
Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq.

BAKI, 23 yanvar — Sputnik. Bakıda və Abşeron yarımadasında yanvarın 24-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-3 dərəcə isti, gündüz 6-8, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Tibbi-meteoroloji proqnoza gəlincə, yanvarın 24-də meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

5
Su kanalı, arxiv şəkli

Su kanalından qadın meyidi aşkarlandı

10
1982-ci il təvəllüdlü Cəfərova Xəyalə Zahir qızının meyiti su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

BAKI, 23 yanvar — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda su kanalında aşkar edilmiş qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri əraziyə cəlb olunub və həyata keçirilən tədbirlər nəticəsində 1982-ci il təvəllüdlü Cəfərova Xəyalə Zahir qızının meyidi su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

10