Yanan maşın

Dövlət Yol Polisinin avtomobili yandı - VİDEO

176
(Yenilənib 10:33 26.12.2018)
Hadisə zamanı xərasət alan olmayıb

BAKI, 26 dekabr — Sputnik. Dekabrın 25-də, günorta saatlarında Bakıda Dövlət Yol Polisinə məxsus "BMW" markalı avtomobil yanıb. Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən Polis Akademiyasının qarşısında, tədbir vaxtı baş verib.

Xidmətdə olan avtomobil qəfildən yanmağa başlayıb. Hadisə yerinə yanğınsöndürənlər gələnə kimi, polis əməkdaşları avtomobildə olan odsöndürən balonlarla avtomobili söndürməyə çalışıblar. Avtomobilin mühərrik hissəsi yanaraq yararsız hala düşüb. 

Hadisə zamanı xərasət alan olmayıb.

176
Teqlər:
Daxili İşlər Nazirliyinin Polis Akademiyası, yanğın, maşın, Dövlət Yol Polisi İdarəsi
Əlaqədar
Bakıda “Hilton” hotelində yanğın olub
Yaşayış binasında yanğın zamanı 30 nəfər təxliyyə olunub
Orta məktəbdə yanğın olub
İki yanğın xəbəri gəldi