İndoneziyadakı sunaminin fəsadları

Müsəlman ölkəsi yeni bir təhlükə ilə üz-üzədir

32
(Yenilənib 22:39 24.12.2018)
İndoneziyanın Sunda boğazında yenidən Sunami qorxusu yaranıb

BAKI, 24 dekabr — Sputnik. İndoneziyanın Yava və Sumatra adaları arasında, Sunda boğazı sahillərində Krakatau vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 400-ə yaxınlaşır.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, 381 nəfərin öldüyü təbii fəlakətin Sunda boğazında yenidən təkrarlanma ehtimalı haqda məlumat yayılıb. Sunda boğazının yaxınlığında yerləşən Banten bölgəsinin əhalisi bu xəbərdən yenidən təşvişə düşüb.

Məlumata görə, sahilətrafı ərazilərdə yaşayanlar nisbətən yüksək ərazilərdə yerləşən məktəb və digər tikilidə yerləşmək qərarına gəliblər. Artıq 5 minədək şəxsin sığınmaq üçün sahilboyu əraziləri tərk edərək sığınmaq üçün yüksək yerlərə üz tutduğu açıqlanıb.

32