Polis maşını hadisə yerində

Tələbələr arasında qanlı toqquşma: II kursda oxuyan gənc öldürüldü

434
(Yenilənib 13:07 24.12.2018)
Ağstafalı tələbə dostlar Bakıda mübahisə ediblər, biri digərini öldürüb

BAKI, 24 dekabr — Sputnik. Bazar günü paytaxtın Nərimanov rayonunda Bakıdakı ali məktəblərdən birinin tələbəsi cinayətin qurbanı olub. Bu barədə Sputnik Azərbaycan-a Nərimanov Rayon Polis İdarəsindən məlumat verilib. 

Bildirilib ki, Ağstafa rayon sakini, 18 yaşlı Xəlilov Elman Elyar oğlu dekabrın 23-də axşam saatlarında Atatürk prospekti 2A ünvanında baş verən dava zamanı 9 bıçaq yarası alıb. Gənc 5 saylı şəhər kliniki xəstəxanasına çatdırılsa da, bir qədər sonra dünyasını dəyişib. 

İlkin məlumata görə, Xəlilov Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsinin II kurs tələbəsi olub. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Məlum olub ki, o, Xəlilovun yerlisi və uşaqlıq dostu, İdman Akademiyasının tələbəsi, 18 yaşlı Rauf İlqar oğlu Murquzovdur.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Qətlin motivi araşdırılır.

Xatırladaq ki, Azərbaycan Texniki Universiteti də tələbənin qətli ilə bağlı açıqlama yayıb: "Bizdə olan qeyri-rəsmi məlumata görə, Elman uşaqlıq dostu Murquzov Rauf İlqar oğlu tərəfindən qətlə yetirilib. Hadisə dünən, istirahət günü universitetdən kənarda baş verib. Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır".

434
Teqlər:
Nərimanov rayonu, Nərimanov RPİ, Azərbaycan Texniki Universiteti, ölüm, tələbə, dava
Azərbaycanın xalqı şairi Musa Yaqub İsmayıllının Buynuz kəndində olan evində vəfat edib

Musa Yaqub sabah doğulduğu kənddə dəfn ediləcək

20
Prezident İlham Əliyevin 25 may 2019-cu il tarixli sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə görkəmli şair, Yazıçılar Birliyinin üzvü Musa Yaqub "Xalq şairi" fəxri adlarına layiq görülüb.

Rəşad Kərəmoğlu, Sputnik Azərbaycan

BAKI, 7 may — Sputnik. Azərbaycanın xalqı şairi Musa Yaqub sabah öz vəsiyyətinə uyğun olaraq İsmayıllının Buynuz kəndində dəfn ediləcək. Xatırladaq ki, xalq şairi bu gün günorta saatlarında doğulduğu İsmayıllı rayon Buynuz kəndində olan evində vəfat edib.

84 yaşlı Musa Yaqub 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. İxtisasca Filoloq olan Yaqubov Musa Səfiməmməd oğlu uzun illər İsmayılının kəndlərində müəllim işləyib. Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini seçilib. Ədəbi fəaliyyətə 1957- İki qəlb, iki dünya poeması ilə başlayan şair, Moldovada Sovet ədəbiyyatı, Ukrayna və Özbəkistanda Azərbaycan ədəbiyyatı günlərində və digər ümumittifaq tədbirlərində iştirak edib. İsmayıllı rayon komitəsinin büro üzvü, rayon xalq deputatları soveti ticarət və məişət xidməti daimi komissiyasınm sədri olub.

  • Azərbaycanın xalqı şairi Musa Yaqub İsmayıllının Buynuz kəndində olan evində vəfat edib
    © Sputnik / Murad Orujov
  • Azərbaycanın xalqı şairi Musa Yaqub İsmayıllının Buynuz kəndində olan evində vəfat edib
    © Sputnik / Murad Orujov
  • Azərbaycanın xalqı şairi Musa Yaqub İsmayıllının Buynuz kəndində olan evində vəfat edib
    © Sputnik / Murad Orujov
  • Azərbaycanın xalqı şairi Musa Yaqub İsmayıllının Buynuz kəndində olan evində vəfat edib
    © Sputnik / Murad Orujov
  • Azərbaycanın xalqı şairi Musa Yaqub İsmayıllının Buynuz kəndində olan evində vəfat edib
    © Sputnik / Murad Orujov
  • Azərbaycanın xalqı şairi Musa Yaqub İsmayıllının Buynuz kəndində olan evində vəfat edib
    © Sputnik / Murad Orujov
  • Azərbaycanın xalqı şairi Musa Yaqub İsmayıllının Buynuz kəndində olan evində vəfat edib
    © Sputnik / Murad Orujov
1 / 7
© Sputnik / Murad Orujov
Azərbaycanın xalqı şairi Musa Yaqub İsmayıllının Buynuz kəndində olan evində vəfat edib
20
Daxili İşlər Nazirliyinin binası

Mitinqə cəhd edənlərin istəyi baş tutmayıb

15
Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib.

BAKI, 7 may — Sputnik. Bu gün mitinqə cəhd edənlərin istəyi baş tutmayıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, bu gün paytaxtın Nəsimi rayonunda bir qrup şəxs xüsusi karantin rejiminin tələblərinə zidd olaraq, eyni zamanda razılaşdırılmamış aksiya keçirməyə cəhd edib. Cəhdin qarşısı polis tərəfindən dərhal alınmaqla onlar ərazidən uzaqlaşdırılıb.

Qeyd edək ki, saxlanılanlar yoxdur.

15
Qanvermə, arxiv şəkli

Mütəmadi olaraq qan vermək infarkt xərçəng riskini azaldır

0
(Yenilənib 23:15 07.05.2021)
Mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür.

BAKI, 7 may — Sputnik. Mütəmadi şəkildə qan vermək infarkt və xərçəng riskini azaldır, ürək-damar xəstəliklərinin qarşısını alır, xolesterolu və qandakı şəkərin səviyyəsini normallaşdırır. Bu barədə Türkiyə Səhiyyə Elmləri Universitetinin müəllimi, hematologiya üzrə mütəxəssis, professor Erdal Kurtoğlu Anadolu Agentliyinə müsahibəsində bildirib. Onun sözlərinə görə, qan vermək hüceyrələrin yenilənməsinə səbəb olur.

Donorlardan alınan qanın fərqli komponentlərə ayrıldığını bildirən professor qeyd edib ki, beləliklə, könüllü şəkildə verilən hər vahid qan eritrosit, trombosit və plazma şəklində üç nəfərin həyatını xilas edir.

Kurtoğlu onu da bildirib ki, qan vermək üçün maneə yaratmayan hər hansı bir sağlamlıq problemi olmayan 18-65 yaş arası hər kəs donor kimi qan verə bilər.

Temperaturun yüksəlməsi ilə müşayiət olunan xəstəlik keçirən insanlardan isə ən azı 2 həftə qan alınmamalıdır. Bundan başqa, cərrahiyyə əməliyyatı keçirənlərin, akupunktura, döymə, və pirsinq etdirənlərin də 12 ay ərzində donor kimi qan verməsi qadağandır.

"Kişilər 90 gündən bir, qadınlar isə 120 gündən bir donor kimi qan verə bilərlər", – deyə professor qeyd edib.

Mütəxəssis onu da bildirib ki, COVID-19-a qarşı peyvənd olunanlar da donor kimi qan verə bilərlər. Özü də bunun üçün peyvəndin üstündən müəyyən müddətin keçməsinə ehtiyac yoxdur.

Kurtoğlu qan donorluğunun insanlara mənəvi rahatlıq bəxş etdiyini də bildirib.

"Mütəmadi qan donorluğunu tövsiyə edirik. Çünki bunun infarkt və xərçəng riskini azaltması, qan-damar xəstəliklərinin qarşısını alması, xolesterolu və qan şəkərini balanslaşdırmasına dair tibbi məlumatlar mövcuddur. Bundan başqa, mütəmadi qan vermək həm də vaxtaşırı mini check-up-dan keçmək deməkdir. Çünki qan verməmişdən əvvəl donordan müxtəlif analizlər götürülür. Ən əsası isə qan vermək, beləliklə də, insanlara faydalı olduğunu bilmək adama mənəvi rahatlıq bəxş edir", – deyə o vurğulayıb.

0