Polis, arxiv şəkli

Zaqatalada dəhşətli intihar: 8 yaşlı uşaq özünü öldürüb

234
(Yenilənib 21:34 22.12.2018)
2010-cu il təvəllüdlü Eşqin Fərmayıl oğlu Əhmədovun meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb

BAKI, 22 dekabr - Sputnik. Zaqatalada intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın "Report"a istinadla məlumatına görə, hadisə axşam saatlarında qeydə alınıb.

Zaqatala şəhər sakini, 2010-cu il təvəllüdlü Eşqin Fərmayıl oğlu Əhmədovun meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb. 8 yaşlı E.Əhmədovun intihar etməsinin səbəbi hələ ki, məlum deyil.

İlkin məlumata görə, onun intihar etdiyi ev bibisigilə məxsusdur. Qonşuluqda yaşayan E.Əhmədov axşam saatlarında bibisigilə gəzməyə gedib. Bu gün həm də onun bacısının doğum günüdür.

Faktla bağlı Zaqatala rayon Pokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

234