На Баку обрушился ливень

Yol polisi yağışlı havada vətəndaşların köməyinə çatıb

40
(Yenilənib 18:58 20.12.2018)
Yollarda təhlükəsizliyin təmin olunması və yol-nəqliyyat hadisələrinin iştirakçısına çevrilməmək üçün sürücülərdən, eləcə də digər hərəkət iştirakçılarından qaydalara, həmçinin yol polisinin tələblərinə əməl etmələri tələb olunur.

BAKI, 20 dekabr — Sputnik. Bu gün paytaxt və bölgələrdə müşahidə olunan yağmurlu hava şəraitinə baxmayaraq Baş Dövlət Yol Polisi və Bakı şəhər BPİ Dövlət Yol Polis İdarələrinin əməkdaşları xidməti fəaliyyətlərini davam etdiriblər. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, gün ərzində yol patrul və post patrul xidmətinin əməkdaşları tərəfindən uşaq baxçaları, orta ümumtəhsil məktəbləri, iri idarə və müəəssilərin yerləşdiyi, həmçinin gölməçələr yaranan ərazilər nəzarətə götürülüb. Qeyd edilən məkanlarda piyadaların yolu təhlükəsiz şəraitdə keçməsi üçün polislər tərəfindən lazımi şərait yaradılıb.

Yağışlı havada nasazlıq səbəbindən yollarda qalan avtomobillərin sürücülərinə polislər köməklik göstərərək nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən çıxarılmasını təmin ediblər. Görülən təhlükəsizlik tədbirlərinin nəticəsidir ki, bu saata olan məlumata görə paytaxt ərazisində ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisəsi qeydə alınmayıb. Baş verən 9 yol qəza hadisəsi zamanı isə yalnız avtomobillərə maddi ziyan dəyib.

  • Yağmurlu hava şəraitində yol polisi xidmətini davam etdirir
    Yağmurlu hava şəraitində yol polisi xidmətini davam etdirir
    © AR Ministry of Internal Affairs
  • Yağmurlu hava şəraitində yol polisi xidmətini davam etdirir
    Yağmurlu hava şəraitində yol polisi xidmətini davam etdirir
    © AR Ministry of Internal Affairs
  • Yağmurlu hava şəraitində yol polisi xidmətini davam etdirir
    Yağmurlu hava şəraitində yol polisi xidmətini davam etdirir
    © AR Ministry of Internal Affairs
  • Yağmurlu hava şəraitində yol polisi xidmətini davam etdirir
    Yağmurlu hava şəraitində yol polisi xidmətini davam etdirir
    © AR Ministry of Internal Affairs
1 / 4
© AR Ministry of Internal Affairs
Yağmurlu hava şəraitində yol polisi xidmətini davam etdirir

Yollarda təhlükəsizliyin təmin olunması və yol-nəqliyyat hadisələrinin iştirakçısına çevrilməmək üçün sürücülərdən, eləcə də digər hərəkət iştirakçılarından qaydalara, həmçinin yol polisinin tələblərinə əməl etmələri tələb olunur.

 

40
 Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

Yevlaxda körpüyə girməyə hazırlaşan avtomobilin üzərinə ağac aşdı

22
(Yenilənib 20:38 15.01.2021)
Təbiətin şıltaqlığı bu gün Yevlax şəhərində az qala insanların xəsarət alması ilə nəticələnə bilərmiş.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

© Sputnik / Rahim Mammadov
Yevlax rayon sakini Vüsal Ələkbərov

Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:

© Sputnik / Rahim Mammadov
Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.

Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.

22
Охотничья винтовка типа Винчестер, архивное фото

Ata oğlunu güllələyib: "Onu öldürmək fikrim olmayıb"

31
(Yenilənib 14:24 15.01.2021)
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.

Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.

Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.

Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.

31
Koronavirus testi, arxiv şəkli

Xaricə gedənlərlə bağlı müəmma: hələ baş vaksinasiyaya qarışıb

0
(Yenilənib 13:05 16.01.2021)
“Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın” - Şahmar Mövsümov

BAKI, 16 yanvar — Sputnik. “Xaricə səfər zamanı koronavirusa görə test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik qəti fikir söyləyə bilmərəm”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hələ ki bu məsələyə  baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın”.

0
Mövzu:
Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya