Rusiyada polis və təcili yardım avtomobilləri, arxiv şəkli

Rusiyada öldürülən 17 yaşlı azərbaycanlı qızın dəhşətli qətlinin təfərrüatı

987
(Yenilənib 17:30 19.12.2018)
Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk şəhərində qətlə yetirildiyi məlum olan 17 yaşlı azərbaycanlı qız Günel Dadaşovanın işi ilə bağlı yeni faktlar üzə çıxıb

BAKI, 19 dekabr — Sputnik. Rusiyanın İrkutsk vilayətinin Nijneudinsk şəhərində qətlə yetirildiyi məlum olan 17 yaşlı azərbaycanlı qız Günel Dadaşovanın işi ilə bağlı yeni faktlar üzə çıxıb.

Sputnik Azərbaycan Rusiya KİV-nə istinadla xəbər verir ki, Günel Dadaşovanın sinif yoldaşına pul lazım olub. O, Güneldən borc pul götürüb. 70 min rubl (təqribən 1800 manat) Günelin sinif yoldaşına mərc oyunlarına pul qoymaq üçün lazım imiş.

Qızın valideynləri ayrı yaşayırmış. Atası tez-tez qızına pul yollayırmış və qız da onları yığıb saxlayırmış. Qıza atasına kömək etmək üçün pul lazım olanda, o, sinif yoldaşından borcu geri qaytarmağı xahiş edib. Həmin vaxt oğlanda pul yox imiş. Ona görə də oğlan Günel Dadaşovadan biryolluq yaxasını qurtarmaq qərarına gəlib.

Günel Dadaşova, arxiv şəkli
Günel Dadaşova, arxiv şəkli

Dekabrın 6-da borclu şəxs özünün 15 yaşlı dostu ilə birlikdə borcu qaytarmaq adı ilə qızı öz evlərinə çağırıb. Qız onların evinə daxil olan kimi sinif yoldaşı ona bir neçə bıçaq zərbəsi endirib və zərbələrdən biri qızın boyun nahiyəsinə dəyib. Qız aldığı zərbələrdən yerindəcə ölüb. Bir neçə gün ərzində yeniyetmələr cinayətin izlərini itirməyə cəhd ediblər.

Daha sonra məktəblilərə yeniyetmənin anası yardım edib. Onlar cəsədi polietilen torbaya qoyaraq aeroport yaxınlığındakı çalalardan birində gizlədiblər. Qızın cəsədi dekabrın 14-də Uda çayı üzərindəki adada bir çalada tapılıb. Rusiya İstintaq Komitəsinin İrkutsk üzrə İstintaq İdarəsi ölüm faktı ilə bağlı 15 və 17 yaşlı iki yeniyetmədən şübhələnib.

İstintaq Komitəsinin məlumatına görə, qızla bağlı axtarışlar aparılan zaman sözügedən yeniyetmələr şübhəlilər arasında olublar. Onların evlərində aparılan araşdırma zamanı qızın öldürüldüyü bıçaq tapılıb. Yeniyetmələr qızı tamah məqsədilə öldürdüklərini etiraf ediblər.

Hər iki yeniyetmənin məktəbdə müsbət xasiyyətnaməsi olub. Şübhəlilərlə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxsin tamah məqsədilə qəsdən adam öldürməsi) ilə cinayət işi açılıb. İstintaq şübhəlilərin saxlanılması tələbi ilə məhkəməyə müraciət edib. Məktəbliləri 8 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

987
Əlaqədar
"Zeytun bağları"nda qətl: İstintaq müdhiş cinayətin izinə düşüb
Azərbaycanlı keçmiş polis Rusiyada qətl törətdi
Dəhşətli qətl: Din xadimləri öldürüldü
Qısqanclıq zəminində daha bir qətl: Kürdəmir sakini qonşusunu güllələdi
Bakıda iki qətl törədildi: biri öz kürəkənini, digəri isə yaşlı qonşusunu öldürdü