Qolu qandallanmış kişi, arxiv şəkli

Metroda insanların qəniminə çevrilənlər saxlanıldı

122
(Yenilənib 16:12 19.12.2018)
Qadın "28 May" stansiyasının platformasında cibindən "İphone 5S" markalı mobil telefonunun oğurlandığını bildirib

BAKI, 19 dekabr — Sputnik. Dekabrın 18-də saat 9 radələrində Metropolitendə Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın "28 May" stansiyasının platformasında cibindən "İphone 5S" markalı mobil telefonunun oğurlandığını bildirib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlərə başlanılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilib və o, "20 Yanvar" stansiyasında polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəqani Cavadov
© AR DİN mətbuat xidməti
Xəqani Cavadov

Araşdırmalarla onun Zəngilan rayon sakini, əvvəllər də oğurluq və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Xəqani Cavadov olduğu müəyyən edilib.

Abşeron rayon sakini olan qadının "Samsung" markalı mobil telefonunun metronun "Nizami" stansiyasında oğurlanması barədə daxil olmuş digər müraciətlə əlaqədar keçirilmiş əməliyyat tədbirləri nəticəsində isə oğurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rafiq Allahverdiyev polis əməkdaşları tərəfindən metronun "28 May" stansiyasının yaxınlığına saxlanılıb.

Rafiq Allahverdiyev
© AR DİN mətbuat xidməti
Rafiq Allahverdiyev

Hər iki faktla bağlı araşdırma aparılır.

122
Əlaqədar
Türk ordusunun 118 əsgəri həbs olunub
Fransada terrora görə 4 nəfər həbs edildi
Ermənistanda həbs olunan FETÖ-çü ABŞ-a ekstradisiya edilib
Fransada həbs olunanların sayı durmadan artır