Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Bakıda avtoservisdə "ağ ölüm"

236
(Yenilənib 12:46 18.12.2018)
Neftçala sakini artıq dozadan dünyasını dəyişib

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 18 dekabr — Sputnik. Səbail Rayon Polis İdarəsi Bakıda artıq dozada narkotik qəbulundan ölüm faktı qeydə alıb. Bu barədə məlumat Sputnik Azərbaycan-a sözügedən polis idarəsindən verilib.

Ötən gün saat 18:20 radələrində Salyan şossesi, 17 ünvanında yerləşən avtoservisdə, 31 yaşlı Neftçala rayon sakini Miriyev Tağı Seyidəli oğlunun cəsədi tapılıb. Onun cəsədində hər hansı zorakılıq əlaməti aşkarlanmayıb.

Araşdırma zamanı məlum olub ki, Miriyev narkotik vasitələrin aludəçisi olub. Məhkəmə-tibbi ekspertizanın ilkin rəyinə görə, o, inyeksiya yolu ilə aşırı dozada narkotik qəbulundan ölüb. Faktla bağlı araşdırma aparılır.

236
Teqlər:
cəsəd, ölüm, narkotik
Əlaqədar
Qadının çantasında külli miqdarda narkotik vasitə aşkar edildi
Bakıda narkobaron saxlanılıb
Narkotik alverçisi oğurluq üstündə ələ keçib
Narkotik aludəçiliyini necə müəyyən etmək olar?