Lənkəranda qəza

Şəmkirdə baş verən yol qəzasında iki uşaq xəsarət alıb

47
Faktla bağlı araşdırma aparılır

BAKI, 17 dekabr - Sputnik. Şəmkirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində baş verib.

İki avtomobilin toqquşması nəticəsində, 1960-cı il təvəllüdlü Zirəddin Bayraç oğlu Qasımov və həyat yoldaşı, 1961-ci il təvəllüdlü Rəna Qasımova, həmçinin onların nəvələri: 4 yaşlı Nuray Elşən qızı Bayramova, 7 yaşlı Yüsif Elşən oğlu Bayramov müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar öncə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

47