Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

© Sputnik / Murad OrujovАрест, фото из архива
Арест, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dekabrın 14-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib

BAKI, 15 dekabr - Sputnik. Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb. Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata əsasən, ötən gün əvvəlki dövrlərdən bağlı qalmış 46 cinayətin açılması təmin olunub, həmçinin axtarışda olduğuna görə ümumilikdə 45 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Dekabrın 14-də respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həmin dövrdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib.

Ötən gün ərzində cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

Xəbər lenti
0