Leyla Abdullayeva, Sputnik Azərbaycan.
BAKI, 15 dekabr – Sputnik. Bir neçə gün öncə intihara cəhd edən şəxs xəstəxanada dünyasını dəyişib.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, dekabr ayının 10-da Şabran rayonunda yaşayan 1977-ci il təvəllüdlü A.T. (ad və soyad şərtidir) intihara cəhd edib. Şabran Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, A.T. özünü yaşadığı evdən asaraq intihar etmək istəyib. Onu asılı vəziyyətdə tapan anası oğlunu xilas edib.
A.T.-ya dərhal xəstəxanaya aparılaraq ilkin yardım göstərilsə də, vəziyyəti ağır olduğundan Bakı şəhər xəstəxanalarından birinə yerləşdirilib. Amma həkimlərin səyinə baxmayaraq, o, 3 gün sonra dünyasını dəyişib.
Onu da qeyd edək ki, mərhumun həyat yoldaşı Şabran Rayon Mərkəzi Xəstəxanasında həkim vəzifəsində çalışır.
İntiharın səbəb kimi müxtəlif fikirlər səsləndirilir.
BAKI, 17 yanvar - Sputnik. Lənkəran rayonunun Göyşaban kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Mirzəzadə İbrahim Rüfət oğlu bu gün vəfat edib.
“Report”un verdiyi xəbərə görə, mərhum iki gün əvvəl səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilib.
İlkin məlumata görə, onun səhhətində problem yarandığı üçün iynə vurulub. İynədən sonra anafilaktik şok keçirən İbrahim Mirzəzadə dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 17 yanvar - Sputnik. Cəlilabad rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
"Report"un məlumatına görə, qəza axşam saatlarında rayonun Alar kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan "Niva" markalı minik avtomobilinin aşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb. Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hazırda onlar əməliyyat edilir.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.