Bank karı, arxiv şəkli

Bank kartını oğurlayıb 5 min manat pulunu apardılar

45
(Yenilənib 22:43 14.12.2018)
Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar

BAKI, 15 dekabr — Sputnik. Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən rayon ərazisində kirayədə yaşayan Bərdə sakini pul kartının oğurlandığını və hesabından təxminən 5 min manatın çıxarıldığını bildirib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Murad Allahverdiyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. O, törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır.

45