Bakıda hündürmərtəbəli bina

Yasamalda intihara cəhd olub VİDEO

142
(Yenilənib 17:02 14.12.2018)
Sonda FHN əməkdaşları onu eyvandan düşürə bilib

BAKI, 14 dekabr — Sputnik. Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur" MTK-ya məxsus binada intihara cəhd olub.

Bu barədə Sputnik Azərbaycan-a hadisə şahidləri məlumat verib.

Məlumata görə, təxminən 30 yaşı olan Vaqif adlı şəxs uzun müddətdir ki, psixoloji problemlərdən əziyyət çəkir: "Elə öz evinin eyvanına çıxmışdı. 3-4 aydır ki, psixoloji problemləri var. Deyəsən yaxınları onu xəstəxanaya aparmaq istəyirmiş. O da razı olmadığı üçün eyvana çıxıb intihara cəhd edib. Haradasa iki saata yaxın eyvanda qaldı. Sonra FHN əməkdaşları onu eyvandan düşürə bildi".

142
Teqlər:
bina, psixi problem, "Şərur" MTK, Yasamal, intihara cəhd
Əlaqədar
On dörd yaşlı qız özünü asıb, altı kişi intihara əl atıb
Həyat yoldaşını intihara sürükləyən kişiyə ağır cəza verildi
Bakıda intihara cəhdin qarşısı alındı
Bakı sakini sosial şəbəkəyə görə intihara cəhd edib