DYP əməkdaşı

Paytaxtda sürücülərə qarşı reydlər keçirilir

28
(Yenilənib 12:25 13.12.2018)
Nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, avtomobildə konstruksiya dəyişikliyinə yol verən 30-dan artıq sürücü müəyyən edilərək saxlanılıb

BAKI, 13 dekabr — Sputnik. Sabunçu Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polis Şöbəsinin (DYPŞ) əməkdaşları tərəfindən yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, sürücü və sərnişinlər arasında maarifləndirmə işinin gücləndirilməsi, kobud qayda pozuntuları törədən sürücülərin aşkar edilməsi istiqamətində maarifləndirici və profilaktik tədbir keçirilib.

Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Məlumata görə, tədbir zamanı nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən, avtomobildə konstruksiya dəyişikliyinə yol verən 30-dan artıq sürücü müəyyən edilərək saxlanılıb. Həmin nəqliyyat vasitələrinin sahibləri barəsində protokol tərtib edildikdən sonra avtomobillər mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.

Kobud qayda pozan sürücülər inzibati qaydada məsuliyyətə cəlb edilməklə bərabər, polislər tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Sabunçu, eləcə də paytaxtın digər rayonlarında analoji tədbirlər bundan sonra da davam etdiriləcək.

28
Teqlər:
reyd, polis, sürücü
Əlaqədar
Bakıya gələn avtomobilləri DYP postunda saxlayıblar
DYP işçiləri külli miqdarda mənşəyi bilinməyən ət aşkarlayıb
Qaydalar dəyişdi, DYP sürücülərə xəbərdarlıq edir
DYP - sürücü mübahisələrinə səbəb olan əsas suallardan birinin cavabı verildi