Автомобиль скорой медицинской помощи.

Dağıstanda azərbaycanlılar arasında qan tökülüb, ölən var - VİDEO

10613
(Yenilənib 11:35 12.12.2018)
Hər şey yeyib-içmək məclisindən başlayıb və ölümlə nəticələnib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 12 dekabr — Sputnik. Rusiya Federasiyasının Dağıstan Respublikasında azərbaycanlı qətlə yetirilib. Hadisə şahidlərinin Sputnik Azərbaycan-a verdikləri məlumata görə, hadisə dünən günorta saatlarında Dağıstan Respublikasının Dərbənd şəhərindəki "Vyadukt" TIR parkının ərazisində baş verib.

Əldə etdiyimiz məlumata görə, Mingəçevir sakini, 1978-ci il təvəllüdlü Cəfərov Cəfər bir yoldaşı ilə yeyib-içdikdən sonra, onların aralarında mübahisə yaranıb. Mübahisə get-gedə qızışıb və sonda məclis yoldaşı C.Cəfərovu ürək nahiyəsindən bıçaqlayıb.

Bıçaqlanan şəxs yola qaçaraq kömək çağırmağa çalışıb. Lakin aldığı xəsarətdən yolun ortasında yıxılaraq dünyasını dəyişib.

Hadisəni törədən şəxs ərazidən uzaqlaşıb. Onun adı hələlik bəlli olmasa da, şahidlərin sözlərinə görə, o da azərbaycanlıdır və Lənkəran sakinidir.

Hadisə şahidləri baş verənlərlə bağlı redaksiyamıza video-görüntü də göndəriblər. Videonu təqdim edirik:

10613
Teqlər:
azərbaycanlı, qətl, Dağıstan Respublikası, Rusiya Federasiyası
Əlaqədar
Qırğızıstanda vilayət prokuroru qətlə yetirilib
Saatlıda kriminal avtoritet qətlə yetirildi
Jurnalistin qətli ilə bağlı tükürpərdici iddia ortaya atıldı
Ermənistanda qətlə görə rus hərbçi tutuldu
Azərbaycanlı keçmiş polisin törətdiyi qətldə yeni məqamlar ortaya çıxıb