Qatar, arxiv şəkli

Balakənə gedən qatarda adam öldü

118
(Yenilənib 13:47 08.12.2018)
Sərnişinin ölümünə səbəb kimi kəskin ürək çatışmazlığı göstərilir

BAKI, 8 dekabr — Sputnik. Bakıdan qatarla Qaxa gedən sərnişin qatarda dünyasını dəyişib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Bakı-Balakən istiqamətində hərəkət edən sərnişin qatarında baş verib.

Qatarın sərnişini, Qax rayonunun Qum kənd sakini, 1961-ci il təvəllüdlü Tərlan Məmməd oğlu Mahmudov anidən dünyasını dəyişib. Hadisə ilə bağlı Qax rayonu, Kötüklü stansiyasına Təcili Tibbi Yardım maşını cəlb olunub.

Təcili Tibbi Yardımdan verilən məlumata görə, onlar hadisə yerinə getdikdə artıq T.Mahmudov ölmüş vəziyyətdə olub. Onun ölümünə səbəb kimi kəskin ürək çatışmazlığı göstərilir.

Məlumata görə 57 yaşlı T.Mahmudov ürəyində yaranan narahatlıqla bağlı 2 gün öncə Bakı şəhərinə müayinəyə gedibmiş.

Faktla bağlı araşdırma aparılır.

118
Teqlər:
ürək çatışmazlığı, sərnişin, ölüm, qatar
Əlaqədar
Yolda qalmış qatar, uçmuş körpü, təcrid olunmuş kənd – Bir bölgədə yağışın fəsadları
Bakıda avtobus-qatar toqquşmasının yeni video-görüntüsü yayıldı
Bakını lərzəyə salan qatar qəzasının "altından" ağılasığmaz detallar çıxdı - VİDEO
Avtobus-qatar toqquşmasının qurbanlarının sayı artır