Ərazidəki təcili tibbi yardım və post patrul xidməti avtomobilləri

Məktəbliləri daşıyan avtobus qəzaya uğrayıb, yaralılar var

82
(Yenilənib 13:12 07.12.2018)
217 nömrəli orta məktəbin şagirdlərinin olduğu avtobus qəza törədib

BAKI, 7 dekabr — Sputnik. Bu gün səhər saatlarında 217 nömrəli orta məktəbin şagirdlərinin olduğu avtobus qəza törədib. Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza zamanı 4 nəfər yüngül xəsarət alıb.

"Onlardan ikisi azyaşlı, ikisi isə yetkinlik yaşına çatmış olub. Şagirdlərin reanimasiyada olması, avtobusun altında qalması ilə bağlı yayılan xəbərlər yanlışdır" – deyə nazirlikdən bildirilib.

Nazirliyin məlumatına görə, şagirdlərin bədəninin müxtəlif nahiyələrində əzik xəsarətləri olub: "1 saylı Respublika Kliniki Tibbi Mərkəzə gətirilən şagirdlərdə küt travmalar aşkarlanmayıb. Uşaqlarda sınıq da qeydə alınmayıb. Lakin hazırda onların vəziyyəti yaxşıdır, böyük ehtimalla, növbəti gün onlar evə buraxılacaq".

82
Teqlər:
Səhiyyə Nazirliyi, qəza, avtobus
Əlaqədar
Qubada ağır qəza: içində 8 nəfər olan avtobus dərəyə aşdı
Paytaxtda avtobus ciddi qəza şəraiti yaratdı – VİDEO
Avtobus zəncirvari qəza törətdi, yaralılar var
Sumqayıtda ağır qəza: Avtobus "Kamaz"la toqquşub, çoxlu yaralı var
Elmi mərkəzdə seysmoqraf

Xəzər dənizində zəlzələ oldu

13
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də, 3,4 maqnitudada qeydə alınıb.

BAKI, 2 dekabr - Sputnik. Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Sputnik Azərbaycan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də, 3,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.

13
Teqlər:
Xəzər dənizi, zəlzələ
Məmur, arxiv şəkli

Bərəkallah dedirdən "qabiliyyət": Xaricdə oturub Lənkərandakıları mühafizə edirmiş

25
(Yenilənib 15:31 02.12.2020)
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 2 dekabr — Sputnik. Lənkəran rayon Xarxatan kənd sakini, 1984-cü il təvəllüdlü Bəhruz Nəsirov barəsində Rusiya Federasiyasının İstintaq Komitəsindən Baş Prokurorluq vasitəsilə Lənkəran rayon prokurorluğuna cinayət işi üzrə hüquqi yardım göstərilməsinə dair beynəlxalq tapşırıq daxil olub.

Sputnik Azərbaycan Lənkəran Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, həmin beynəlxalq tapşırığın icrası ilə əlaqədar sorğular verilmiş və Bəhruz Nəsirovun 09.08.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazi hüdudlarını tərk edərək Rusiya Federasiyasına getməsi və geri qayıtmamasına baxmayaraq 21.04.2020-ci il tarixdən "Lənkəran Beynəlxalq Mühafizə Xidməti" MMC-də işə düzəlməsi müəyyən edilib.

"Lənkəran Beynəlxalq Mühafizə Xidməti" MMC-nin rəisi İlkin Məmmədovun Bəhruz Nəsirovun ölkə xaricində olmasına baxmayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron sisteminə bilə-bilə yalan məlumatları daxil etməklə tamah niyyəti ilə həmin şirkətə mühafizəçi kimi rəsmiləşdirməklə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

25
Teqlər:
mühafizə, Rusiya, Lənkəran, cinayət işi, vəzifəli şəxs
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

0
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

0