Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

ABŞ-da sərnişin təyyarəsi uçuş-enmə zolağından kənara çıxıb

© REUTERS / Mark MakelaABŞ-da təyyarə uçuş-enmə zolağından kənara çıxıb
ABŞ-da təyyarə uçuş-enmə zolağından kənara çıxıb - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsindən bildirilib ki, hadisəyə güclü yağış səbəb olub

BAKI, 7 dekabr - Sputnik. ABŞ-da "Southwest Airlines" şirkətinə məxsus "Boeing 737-700" sərnişin təyyarəsi Kaliforniya ştatının, Los-Anceles dairəsinin Boba-Hopa hava limanında uçuş-enmə zolağından kənara çıxıb.

Bu barədə "Report" xəbər verir. Bildirilir ki, 278-ci reys Oklenddən Byorbanka uçurmuş.

Hadisə zamanı "Boeing 737-700" təyyarəsində 112 sərnişin və 5 heyət üzvü olub. Onlardan heç biri xəsarət almayıb.

ABŞ-ın Mülki Aviasiyasının Federal İdarəsindən bildirilib ki, hadisəyə güclü yağış səbəb olub. 

Xəbər lenti
0