Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Binəqədi rayonunda əl qumbarası tapıldı

CC0 / GooKingSword / grenadeƏl qumbarası, arxiv şəkli
Əl qumbarası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda qumbara, partladıcı və civə tapılıb

BAKI, 6 dekabr - Sputnik. Bakıda qumbara, partladıcı və civə tapılıb.

Bu barədə Sputnik Azərbaycan-a Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib. 

Yanacaqdoldurma məntəqəsi - Sputnik Azərbaycan
HADİSƏ
Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış olub, yaralılar var

Belə ki, dekabrın 6-ıs saat 13:08-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və saat 13:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti 70 ünvanında partlamamış hərbi sursatın tapılması barədə məlumatlar daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qərərgahı Radiokimya laboratoriyasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin və Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qərərgahı Radiokimya laboratoriyasının əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 ədəd F-1 əl qumbarası və şüşə qabda 1 kq civə maddəsi aşkar olunub. 

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov  - Sputnik Azərbaycan
Nazir partlayış baş verən binanın taleyinə aydınlıq gətirdi

Aşkar olunan obyektlərin ətrafında 500 kv.m əraziyə yerüstü və 9 kv.m əraziyə yeraltı baxış keçirilib, əlavə olaraq 1 ədəd UZRQM partladıcısı Agentliyin mütəxəssiləri tərəfindən aşkar olunub.

Şüşə qabda aşkar olunmuş 1 kq civə maddəsi Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Binəqədi rayon Polis idarəsinin əməkdaşlarına aidiyyatı üzrə təhvil verilib, 1 ədəd F-1 əl qumbarası və 1 ədəd UZRQM partladıcısı isə Agentliyin mütəxəssiləri tərəfindən götürülərək, məhv edilməsi üçün Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əraziyə təkrar baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Xəbər lenti
0