Avtomobildə gizlədilən balıqlar aşkarlandı

Gömrükçülər qaçaqmal balıq ələ keçiriblər

325
(Yenilənib 11:36 05.12.2018)
Hazırda faktla bağla araşdırma aparılır

BAKI, 5 dekabr — Sputnik. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiyadan qayıdan, Azərbaycan vətəndaşına məxsus "QAZ 31029" markalı avtomobil saxlanılıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib. Gömrük baxışı zamanı nəqliyyat vasitəsinin arxa oturacağının arxasında - qaz balonunun altında gömrük nəzarətindən gizlədilmiş, ümumi çəkisi 70 kq olan 20 ədəd balıq aşkarlanıb.

Avtomobildə gizlədilən balıqlar aşkarlandı
© DGK-nin mətbuat xidməti
Ümumi çəkisi 70 kq olan 20 ədəd balıq

Hazırda faktla bağla araşdırma aparılır.

325
Teqlər:
avtomobil, balıq, gömrük
Əlaqədar
“ASAN Pay” gömrüyə gəlir, sahibkarların işi yüngülləşəcək
Gömrüklə bağlı yeni qərar verilib
Gömrükçülər psixotrop maddələr aşkarlayıb
Naxçıvan gömrüyünün sədri işdən çıxarıldı