BAKI, 5 dekabr - Sputnik. Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında 10 p.m elektrik naqilləri yanıb.
Sputnik Azərbaycan FHN-ə istinadən xəbər verir ki, yanğın zamanı 30 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.
Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.
BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
BAKI, 20 yanvar — Sputnik. Qax rayonunun öz əsrarəngiz təbiəti ilə seçilən tarixi Sarıbaş kəndinə qar yağıb.
Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, yağan qar onsuz da yolu olmayan dağ kəndinə gediş-gəlişi mümkünsüz edib.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin yanvarın 20-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü ən çox Qax rayonunun Sarıbaş kəndində qeydə alınıb. Hazırda həmin bölgədə qarın hündürlüyü 45 sm-i ötüb. Ötən gündən başlayan qar yağışı hələ də davam edir.