Havanın çirkləndirilməsi

Vəzifəli şəxs cəzalandırılıb

20
(Yenilənib 11:21 04.12.2018)
Analizin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib

BAKI, 4 dekabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Binəqədi rayonu, C.Xəndan küçəsində fəaliyyət göstərən metalkəsmə sexindən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb və monitorinq keçirilib.

ETSN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, atmosfer havasından nümunələr götürülüb və analiz aparılıb. Analizin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı sexə cavabdeh şəxs İlqar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub. Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə İ.Ağayevə icrası məcburi olan müddətli "məcburi göstəriş" verilib.

20
Teqlər:
cərimə, tullantı, hava, ETSN
Əlaqədar
Tullantılarınızı bayıra atmazdan öncə, xəbəriniz olsun...
Bakıda içməli suya tullantı axıdılıb?
İndi də bizi dənizdən belə uzaqlaşdırırlar: Üfunət, tullantı, çirkab suyu...
Sumqayıtda təhlükəli tullantılar aşkarlanıb