FHN əməkdaşları

Paytaxtın iki rayonunda yanğın baş verib

16
(Yenilənib 10:23 04.12.2018)
Hər iki ərazidəki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

BAKI, 4 dekabr - Sputnik. Bakı şəhərinin iki rayonunda yanğın hadisəsi qeydə alınıb. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına istinadən xəbər verir ki, yanğınlar Binəqədi və Nizami rayonlarında baş verib. 

Belə ki, Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən ümumi sahəsi 185 m² olan fotostudiyada 7 m² döşəmə  sahə yanıb. Zirzəminin qalan hissəsi yanğından mühafizə olunub. 

Nizami rayonunda isə birmərtəbəli tikilinin (anbar kimi fəaliyyət göstərir) zirzəmisində 12 m² sahədə karton taralar yanıb. Zirzəminin qalan hissəsi və anbar yanğından mühafizə olunub.

Hər iki ərazidəki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

16
Teqlər:
Nizami rayonu, Binəqədi, Fövqəladə Hallar Nazirliyi, yanğın
Əlaqədar
“Sədərək” ticarət mərkəzində yanğın baş verib
ABŞ-da yanğın fəlakəti - Nüvə həyəcanı yaşanır
Xaqanidə güclü yanğın olub
Bakıda yanğın zamanı 20 nəfər təxliyə olunub
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib
Dövlət Yanğın Nəzarəti Xidməti şimal bölgəsində müşavirə keçirib