5 ədəd bağlamada qablaşdırılan, xalis çəkisi 4995,0 qram olan narkotik vasitə - tiryək

Qadının çantasında külli miqdarda narkotik vasitə aşkar edildi

58
(Yenilənib 17:20 03.12.2018)
Azərbaycan Respublikası vətəndaşı Həsənova Elanə Hüseynağa qızından 5 kiloqram tiryək tapılıb

BAKI, 3 dekabr — Sputnik. Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gətirilməsi, saxlanılması, daşınması və realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Dövlət Gömrük Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşlarının Lənkəran şəhəri ərazisində keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı Həsənova Elanə Hüseynağa qızı saxlanılıb və ondan şərti alıcı kimi çıxış edən əməliyyat işçisinə satmaq istədiyi, 5 ədəd bağlamada qablaşdırılan, xalis çəkisi 4995,0 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

58
Teqlər:
çanta, qadın, Dövlət Gömrük Komitəsi, narkotik
Əlaqədar
Narkotik alverçisi ələ keçdi
Sərhəddə külli miqdarda narkotik tutuldu
Azərbaycana gizli yolla külli miqdarda narkotik keçirmək istədilər
Uşaq meydançasında narkotik maddə gizlədən həbs edildi