FHN yanğınsöndürən avtomobili

Nazirlik yanacaqdoldurma məntəqəsinin partlaması ilə bağlı açıqlama yaydı

231
(Yenilənib 16:33 29.11.2018)
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır

BAKI, 29 noyabr — Sputnik. Tərtər rayonunun Qaradağlı kəndində "PAT OİL" yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 60 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı doldurularkən çənin üst qapağında partlayış nəticəsində alışma baş verib. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumata görə, nəticədə çənin üst hissəsi, üzərində quraşdırılan, ümumi sahəsi 120 m² olan talvar və 15 p.m elektrik kabeli yanıb. Hadisə zamanı yanacaqdoldurma məntəqəsində işləyən 5 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yanacaqdoldurma məntəqəsinin ərazisində olan yanacaqla dolu yeraltı çənlər və digər avadanlıqlar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddət ərzində söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

231
Əlaqədar
Tərtərdə yanacaqdoldurma məntəqəsində partlayış olub, yaralılar var
Yanacaqdoldurma məntəqəsindəki partlayışda yaralananların adları məlum oldu