Bakının Nəsimi rayonunda işıqforun qırmızı işığından keçən sürücü qəza törədib

Sürücü diqqətsizliyi qəzaya səbəb oldu

71
Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 27 noyabr— Sputnik. Sürücünün diqqətsiz olması qəza ilə nəticələnib.

Hadisə ötən gecə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun 87-ci kilometrliyində, Qax rayonu ərazisində baş verib. Qax rayonu Qorağan kənd sakini Tahir Orucova məxsus "Foton" markalı maşın sola dönən zaman Balakən rayon sakini Vüqar Babayevə məxsus "Mercedes" markalı avtomobil ötmə əməliyyatı keçirirmiş. Elə hadisə də həmin vaxt baş verib.

Qəzada xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Baş vermiş avtoqəza ilə bağlı araşdırmalar davam edir.

71