Bakıda polis avtomobili, arxiv şəkli

Axtarışda olan oğru ələ keçib

54
(Yenilənib 18:01 26.11.2018)
Tutulan şəxsin digər cinayətlər törətməsi də istisna olunmur

BAKI, 26 noyabr — Sputnik. Balaxanı qəsəbə sakin olan qadın Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsinə müraciət edərək naməlum şəxsin ona qarşı soyğunçuluq edərək çantasını ələ keçirməsi barədə məlumat verib. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, şöbə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Aleksandr Miroşkin saxlanılıb.

Aleksandr Miroşkin
© Foto: DİN mətbuat xidməti
Aleksandr Miroşkin

Araşdırma zamanı onun Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177 2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarışda olduğu müəyyən edilib. A.Miroşkinin ətrafında həyata keçirilən əlavə əməliyyat tədbirləri ilə onun Sabunçu rayonu ərazisində əlavə olaraq müxtəlif vaxtlarda iki həyət evindən məişət əşyaları, elektrik naqilləri və təmir-tikinti alətləri oğurladığı da məlum olub. Saxlanılan şəxs barəsində 12-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Sabunçu RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Gördüyünüz bu şəxsin digər cinayətlər törətməsi də istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, Sabunçu Rayon polis İdarəsinə və ya 12-ci Polis Şöbəsinə müraciət edə bilərlər.

54
Teqlər:
Həbs, oğru, axtarış
Əlaqədar
İstanbulda tutulan azərbaycanlı "qanuni oğru" ilə bağlı yeni ilginc faktlar
Azərbaycana oğru kimi gələn əfsanəvi müğənni xəstəxanaya düşdü
"Şərəfsiz", "işverən": Bakılı molla ilə gəncəli oğru arasında şok olay - VİDEO
Azərbaycanlı "qanuni oğru" azadlığa çıxdı
Paytaxtda "rekordçu oğru" saxlanıldı
Qandal, arxiv şəkli

Salyanda Gigiyena Epidemiologiya Mərkəzinin rəhbəri saxlanılıb

10
(Yenilənib 22:50 22.01.2021)
İntiqam Abışov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. 

BAKI, 22 yanvar — Sputnik. Salyan rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru İntiqam Abışov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, bu barədə ictimaiyyətə daha sonra rəsmi məlumat veriləcək.

Xatırladaq ki, bir qədər əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları Masallı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədovu da saxlayıblar. 

10
ANAMA əməkdaşı, arxiv şəkli

Mülki şəxs Cəbrayılda minaya düşdü

35
Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2, 116.0.6  və digər maddələri ilə cinayət işi başlanıb

BAKI, 22 yanvar — Sputnik. Yanvarın 22-də Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşı, 1974-cü il təvəllüdlü Sultanov Azər Əli oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə Cəbrayıl rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Araşdırmalarla müəyyən edilib ki, agentliyin həmin əraziyə ezam olunmuş əməkdaşı Azər Sultanov yeni çəkiləcək dəmiryolu xəttinin tikintisi ilə əlaqədar minadan təmizləmə işləri həyata keçirərkən minaya düşərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

35
Teqlər:
ANAMA, mina, Qarabağ, Cəbrayıl

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0