Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zaqatala sakini bir gecədə evsiz qaldı

© Photo : REPORTBinəqədi rayonunda yerləşən yeni tikilidə baş vermiş yanğın
Binəqədi rayonunda yerləşən yeni tikilidə baş vermiş yanğın  - Sputnik Azərbaycan
Abunə olmaq
Hələlik, yanğının nədən baş verdiyi məlum deyil

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI,  26 noyabr— Sputnik. Zaqatala rayonunun Yuxarı Tala kəndində yanğın hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, yanğın kənd sakini Zaur İsayevə məxsus, ümumi sahəsi 46 kv/m olan fərdi yaşayış evində olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində xəsarət alan olmasa da, ev içərisindəki əşyalarla birlikdə yanıb. Hələlik, yanğının nədən baş verdiyi məlum deyil.

Baş vermiş hadisə ilə bağlı araşdırmalar davam edir.

Xəbər lenti
0