Сейсмограф, фото из архива

İranda zəlzələdə xəsarət alanların sayı artmaqda davam edir

106
İranda baş vermiş zəlzələ zamanı xəsarət alanların sayı 634 nəfərə çatıb

BAKI, 26 noyabr - Sputnik. İranda baş verən zəlzələdə xəsarət alanların sayı 634 nəfərə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Fars" agentliyi İranın hakimiyyət orqanlarına istinadən xəbər verib. 

Agentliyin xəbərində bildirilir ki, Kermanşahda zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb. Bu gün vilayətin orta məktəblərində, universitetlərində dərslər keçirilməyəcək.

Dünən yerli vaxtla saat 16:37-də qeydə alınan zəlzələnin ocağı 46 kilometr dərinlikdə olub, yeraltı təkanların episentri Bağdaddan 150 kilometr şimal-şərqdə yerləşib.

106