Gəncədə partlayış

Dağıntılar altında qalan gizir dəfn olunub

397
(Yenilənib 17:30 21.11.2018)
Mərhum Gəncədə yerləşən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində gizir olub

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 21 noyabr - Sputnik. Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında baş vermiş partlayış hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından Qax rayonunun Şotavar kəndində anadan olmuş, 1994-cü il təvəllüdlü Cumazadə Cuma Saleh oğlunun meyiti tapılıb.

Qeyd edək ki, mərhum Gəncədə yerləşən Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində gizir olub.

Mərhum bu gün dəfn olunub. 

Xatırladaq ki, noyabrın 20-də Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

Ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib.

397
Əlaqədar
Gəncədə yaşayış binasında partlayış olub, dağıntılar altında qalanlar var
Gəncədə baş verən güclü partlayışla bağlı rəsmi açıqlama yayıldı
Gəncədə partlayış: Hadisə yerindən eksklüziv video
Cənub bölgəsində yer silkələndi