Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kəmaləddin Heydərov partlayışın ilkin səbəbini açıqladı - VİDEO

© FHNFövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində qəza baş vermiş ərazidə
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Gəncə şəhərində qəza baş vermiş ərazidə - Sputnik Azərbaycan
Abunə olmaq
Nazir: "Əgər kinoloji xidmət işçiləri heç nə tapa bilməsələr, təmizləmə işlərinə başlanacaq"

BAKI, 20 noyabr — Sputnik. "Bu gün səhər saat 05:40-da Fövqəladə Hallar Nazirliyinin "qaynar xətt"inə partlayış haqqında məlumat daxil olub. İlkin ehtimala görə, hadisənin baş vermə səbəbi qaz sızmasıdır".

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bu açıqlamanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov Gəncədə baş verən partlayış bölgəsində verib. Nazirin sözlərinə görə, partlayış zamanı üç nəfər dünyasını dəyişib, bir nəfər ağır yaralanıb.

"Yaralı hərbi hospitala yerləşdirilib. Axtarış-xilasetmə işləri davam etdirilir. Eyni zamanda, kinoloji xidmətin işçiləri də axtarış aparırlar. Əgər kinoloji xidmət işçiləri heç nə tapa bilməsələr, təmizləmə işlərinə başlanacaq. Daha sonra isə binanın vəziyyətinə baxış keçiriləcək. Ekspertlərin rəyindən sonra binanın qalaraq təmir edilməsi və ya sökülərək yenidən tikilməsi istiqamətində qərar veriləcək" - deyə K.Heydərov vurğulayıb.

Bu arada, Gəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından tapılan daha iki meyitin kimliyi məlum olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, onlar - 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğludur.

Ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib. Əməliyyat davam edir.

Qeyd edək ki, bu gün səhər saatlarında Gəncə şəhərinin Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasında partlayış baş verib. Gəncə şəhərindədördmərtəbəli binada partlayış olub.

Hadisə şəhərdə yerləşən "Füzuli" parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib. Nəticədə 3-cü blokun bir hissəsi çöküb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Nazirliyin digər rəhbər şəxsləri hadisə yerinə gedib. Nazir qəza-xilasetmə işlərinin gedişatı ilə yaxından tanış olub, xilasetmə tədbirlərinin daha operativ həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verib.

Xəbər lenti
0