FHN əməkdaşları

Bakıda yanğın zamanı 20 nəfər təxliyə olunub

84
(Yenilənib 17:49 17.11.2018)
Paytaxtda restoranda yanğın olub

BAKI, 17 noyabr — Sputnik. Bakı şəhərinin Səbail rayonunda ikimərtəbəli binada yanğın olub.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, 1-ci mərtəbəsi restoran, 2-ci mərtəbəsi otel kimi fəaliyyət göstərən tikilidə tüstü borusunun içərisində yağ qalıqları və dam örtüyündə tüstü bacasının ətrafı yanıb. Yanğın zamanı 20 nəfər  yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Məlumata görə restoranın qalan hissəsi və  bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb.

84
Teqlər:
təxliyə, Fövqəladə Hallar Nazirliyi, Yanğın, restoran
Əlaqədar
“Sədərək” ticarət mərkəzində yanğın baş verib
Yanğın 31 nəfərin həyatına son qoydu
Sumqayıtın "Karvan"ında yenə yanğın
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
Şimal Elektrik Stansiyasında güclü yanğın oldu - VİDEO
 Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

Yevlaxda körpüyə girməyə hazırlaşan avtomobilin üzərinə ağac aşdı

9
(Yenilənib 20:38 15.01.2021)
Təbiətin şıltaqlığı bu gün Yevlax şəhərində az qala insanların xəsarət alması ilə nəticələnə bilərmiş.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

© Sputnik / Rahim Mammadov
Yevlax rayon sakini Vüsal Ələkbərov

Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:

© Sputnik / Rahim Mammadov
Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.

Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.

9
Охотничья винтовка типа Винчестер, архивное фото

Ata oğlunu güllələyib: "Onu öldürmək fikrim olmayıb"

27
(Yenilənib 14:24 15.01.2021)
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.

Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.

Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.

Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.

27

İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib

0
İclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

BAKI, 15 yanvar - Sputnik. Bu gün Azərbaycan Respublikasının Baş naziri, İqtisadi Şuranın sədri Əli Əsədovun sədrliyi ilə Şuranın növbəti iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, iclasda sosial-iqtisadi inkişafla bağlı uzunmüddətli strateji hədəflər və cari məsələlərə dair müzakirələr aparılıb.

0