Orta məktəbdə dərs prosesi, arxiv şəkli

Bakı məktəbində qalmaqal: İş polisə qədər gedib çıxıb

7376
(Yenilənib 17:10 16.11.2018)
Məktəblinin anası müəllimi ittiham edib, lakin özü günahkar çıxıb

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Bakıda valideyn polisə məktub yazaraq məktəb müəllimini qızını döyməkdə ittiham edib. Bu barədə Sputnik Azərbaycan-a Səbail Rayon Polis İdarəsindən məlumat verilib.

Hüquq-mühafizə orqanları şikayətçi Vəfa Məmmədovanın şikayətini qəbul ediblər. Valideyn iddia edir ki, noyabrın 8-də 49 saylı məktəb-liseyin müəllimi Xumar Məmmədova kitabla onun üçüncü sinifdə oxuyan qızını vurub və nəticədə qız çənə nahiyəsindən xəsarət alıb.

Sinif otağı
© Пресс-служба Министерства образования АР

Sözügedən məktəbdən isə bildiriblər ki, direktor Təhminə Əsədova məsələni aydınlaşdırmaq üçün valideyni məktəbə çağırıb, lakin sonuncu gəlməkdən imtina edib.

Eyni zamanda, məlum olub ki, noyabrın 8-də Xumar Məmmmədova sözügedən şagirdi nizam-intizamı pozduğuna, sinif yoldaşlarına qarşı kobud davranışına, məktəb formasına dair tələbləri yerinə yetirmədiyinə görə danlayıb.

Müəllim iddia edir ki, qızın valideyninə öz iradlarını çatdırıb, lakin sonuncu qızına düzgün davranış qaydalarını başa salmaq əvəzinə, pedaqoq haqqında yanlış məlumat yaymağa başlayıb.

Məktəb-liseydə valideynin şikayətini qəti surətdə rədd ediblər. Hazırda araşdırma davam edir.

7376
Teqlər:
valideyn, şagird, müəllim, məktəb
Əlaqədar
Bakıda güclü yanğın: Alov məktəb və yataqxananı ağuşuna alıb
Məktəb yaşı dəyişdirildi
Məktəblilərin payız tətili başlayıb
Orta məktəblərdə təcili müdaxilə tələb edən problem meydana çıxıb