Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaxda gəlin öz toyu günü qəzaya düşüb

CC0 / lindico / BrideДевушка в свадебном платье, фото из архива
Девушка в свадебном платье, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə gəlinin bəzədilməsi üçün gözəllik salonuna aparıldığı zaman baş verib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 15 noyabr - Sputnik. Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə gəlinin toyu günü gözəllik salonuna aparıldığı zaman yaşanıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, rayonun Əmbərçay kənd sakini, Şəfayət Orucov idarə etdiyi "VAZ 21099" markalı avtomobillə qohumu Leyla Əhmədovanı Zaqatalaya gəlin bəzədilməsi üçün aparırmış.

Bu zaman sürücü qəfildən idarəetməni itirib və nəticədə maşın aşıb. Avtomobil yararsız hala düşsə də, xoşbəxlikdən sürücü və sərnişin ciddi xəsarət almayıb.

Xəbər lenti
0