Təcili yardım avtomobili

İdman ictimaiyyətinə itki üz verib

351
(Yenilənib 12:21 15.11.2018)
"Qəbələ" futbol klubunun məşqçisi yol qəzasında həlak olub

BAKI, 15 noyabr — Sputnik. Dünən Qəbələ rayonunda ağır yol qəzası baş verib. Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "Toyota" markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.

Teymur Mustafayev
© Sosial media
Teymur Mustafayev

Hadisə yerinə cəlb olunmuş Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri avtomobildə sıxılmış vəziyyətdə qalmış sərnişin, 1974-cü il təvəllüdlü Mustafayev Teymur Siracəddin oğlunun meyitini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil verilib.

Hadisə zamanı dünyasını dəyişən Teymur Mustafayev "Qəbələ" futbol klubunda qapıçılar üzrə məşqçi işlədiyi məlum olub.

351
Teqlər:
xilasetmə, qəza, futbol