“Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-nin cərəyan transformatorunda baş vermiş qəza

Şimal Elektrik Stansiyasında güclü yanğın oldu - VİDEO

298
(Yenilənib 18:01 13.11.2018)
Yəhya Babanlı: “Yanğın ümumi enerji sisteminin fəaliyyətinə təsir göstərməyib”

BAKI, 13 noyabr — Sputnik. “Şimal Elektrik Stansiyasının ehtiyat blokunun transformatorunda yanğın baş verib və yanğın tez bir zamanda lokallaşdırılıb”.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə “Report”a qurumun ictimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, qəza elektrik enerjisi istehsalı prosesinə təsir etməyib: “Baş verən hadisə nə Şimal Elektrik Stansiyasının işinə, nə də ümumi enerji sisteminin fəaliyyətinə heç bir təsir göstərməyib”.

Xatırladaq ki, bu gün saat 16:00 radələrində Bakı şəhəri Xəzər rayonu ərazisində yerləşən Şimal İstilik Elektrik Stansiyasında güclü yanğın olub.

Hadisə ilə bağlı 2-ci dərəcəli yanğın çağırışı ilə əraziyə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.

Xəzər rayon Yanğından Mühafizə Hissəsindən bildirilib ki, artıq yanğın söndürülüb.

Hadisəyə səbəb transformatorlardan birində qəzanın baş verməsi olub.

298
Teqlər:
Yəhya Babanlı, elektrik, Yanğın, stansiya
Əlaqədar
SOCAR Türkiyədə kömür elektrik stansiyası tikəcək
Akkuyu atom elektrik stansiyası 2023-cü ildə istifadəyə veriləcək
Varvara elektrik stansiyası yenidənqurmadan sonra istifadəyə verildi