Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Polis 20 cinayətin üstünü "isti izlər"lə açıb

108
(Yenilənib 15:11 13.11.2018)
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

BAKI, 13 noyabr — Sputnik. Ötən gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 127 cinayət faktı qeydə alınıb, onlardan 20-si "isti izlər"lə açılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

108
Teqlər:
daxili işlər orqanları, cinayət
Əlaqədar
Azərbaycanda dövləti cinayətdə ittiham olunan şəxs Qazaxıstanda tutuldu
Binəqədidən Abşerona doğru müdhiş "rəngli cinayət" seriyasının üstü açılıb
Bir gündə 100-dən çox cinayət törədilib