Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı restoranında cinayət — Sahibkar sürücüdən şübhələnir

© Sputnik / Anar MustafayevSeyf, arxiv şəkli
Seyf, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıdakı restoranlardan birinin seyfi yarılıb və onun içindəki pul götürülüb

BAKI, 12 noyabr — Sputnik. Bakıdakı restoranlardan birinin seyfi yarılıb və onun içindəki pul götürülüb. Bu barədə Sputnik Azərbaycan-a Binəqədi rayon Polis İdarəsindən məlumat verilib.

Noyabrın 10-da Binəqədi RPİ-nin 7-ci polis bölməsinə Mir Cəlal küçəsi, 51 ünvanında yerləşən restoranın sahibi, 1993-cü il təvəllüdlü Rəcəb Yunisov müraciət edib. Sahibkar bildirib ki, onun restorandakı seyfindən 1400 manat məbləğində pul oğurlanıb.

Sahibkar cinayətin törədilməsində restoranın sürücüsü, 1985-ci il təvəllüdlü Elçin Abdullayevdən şübhələnir. Hazırda polis əməkdaşları Abdullayevin sözügedən oğurluqda iştirak edib-etmədiyini aydınlaşdırmağa çalışır.

Xəbər lenti
0