Qəza

Ağır qəzada ata oğlu öldü

128
(Yenilənib 10:19 11.11.2018)
Ölənlər 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlu və onun 1 yaşlı oğlu Rauf Qəmbərovdur

BAKI, 11 noyabr — Sputnik. Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə Bəylik kəndinin ərazisində qeydə alınıb.

"Opel" markalı avtomobilin aşması nəticəsində 2 nəfər hadisə yerində ölüb. Ölənlər 1984-cü il təvəllüdlü Bakı sakini Qəmbərov Şamo Səlamət oğlu və onun 1 yaşlı oğlu Rauf Qəmbərovdur.

Hadisə Ş.Qəmbərovun idarə etdiyi "Opel" markalı avtomobilin yol kənarındakı dirəyə çırpılması nəticəsində baş verib.

Faktla bağlı ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

128
Teqlər:
dirək, ölüm, "OPEL", qəza, Salyan rayonu
Əlaqədar
Yerevanda böyük qəza: yaralılar var
Şamaxıda ağır qəza nəticəsində ölənlər var
Şimal bölgəsində ağır qəza oldu, ölən var
Həmyerlimiz Türkiyədə ağır qəza törətdi, yaralılar var
Rusiyada ağır qəza: 12 nəfər həlak oldu - VİDEO