Yerevanda təcili yardım avtomobili

Yerevanda böyük qəza: yaralılar var

105
(Yenilənib 18:32 09.11.2018)
Faktla bağlı araşdırmalar aparılır

BAKI, 9 noyabr — Sputnik. Ermənistan paytaxtı Yerevanda beş avtomobilin iştirakı ilə qəza yaşanıb. Bu barədə Sputnik Ermənistan Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, yol-nəqliyyat hadisəsi noyabrın 8-i Yerevanın Yeqartd şosesində baş verib.

Belə ki, "Odalen" restoranının yaxınlığında 3 "Volkswagen", 1 "Nissan" və 1 "Opel" toqquşub. "Opel"də olan sürücü və iki sərnişin "Ermənistan" xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalar aparılır.

105