Təcili tibbi yardım

Paytaxt poliklinikasında kütləvi təlaş

266
(Yenilənib 15:15 08.11.2018)
"Hazırda onların vəziyyəti normaldır, yardım göstərildikdən sonra evə buraxılacaqlar"

BAKI, 8 noyabr — Sputnik. Nərimanov rayonundakı 8 saylı poliklinikada gözlənilməz hadisə baş verib. Belə ki, binada qaz xətti olmadığı halda ətrafı kəskin qaz iyi bürüyüb, həkimlər özlərini pis hiss ediblər.

Bu barədə Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib. Məlumata görə, mühasib də daxil olmaqla, 7 nəfər baş ağrısı və panika diaqnozu ilə Respublika Toksikologiya Mərkəzinə aparılıb. Hazırda onların vəziyyəti normaldır, yardım göstərildikdən sonra evə buraxılacaqlar: "Xüsusilə qeyd edək ki, xəstəxanaya gətirilənlərin heç birində zəhərlənmə qeydə alınmayıb, onların mədəsini belə, yumağa ehtiyac qalmayıb. Xəstəxanaya gətirlənlər 1 saata evə buraxılacaqlar".

Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları poliklinikadadırlar, onlar kəskin iyin nədən yarandığını araşdırırlar.

266
Teqlər:
həkim, zəhərlənmə, poliklinika
Əlaqədar
Mingəçevirdə kütləvi zəhərlənmə olub
Bakıdakı restoranda kütləvi zəhərlənmə ilə bağlı bir nəfər həbs edilib
Uşaq bağçasında kütləvi zəhərlənmə baş verdi
Zaqataladakı kütləvi zəhərlənmə ailəvi istirahət mərkəzində baş verib?
Rəsmi bəyan: Azərbaycanda sudan kütləvi zəhərlənmə təhlükəsi yoxdur