Amaliya Pənahova nəvəsi ilə

Amaliya Pənahovanın hansı şəraitdə nədən dünyasını dəyişdiyi məlum oldu

17651
(Yenilənib 11:10 08.11.2018)
Baş onkoloq: "Amaliya xanımın qızı anasının xəstəliyi barədə məlumat yayılmasını istəmir"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 8 noyabr — Sputnik. Xəbər verdiyimiz kimi, Xalq artisti Amaliya Pənahova bu gün səhər saatlarında dünyasını dəyişib. Aktrisanın onkoloji xəstəlikdən vəfat etdiyi haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Sputnik Azərbaycan-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli ilə əlaqə saxlayıb. Baş həkim A.Pənahovanın onkoloji xəstəlikdən əziyyət çəkdiyini və uzun zamandır müalicə olunduğunu təsdiqləyib.

Ancaq o, məsələ barədə geniş danışmaq istəmədiyini bildirib: "Amaliya xanımın qızı anasının xəstəliyi barədə məlumat yayılmasını istəmir. Bu səbəbdən ətraflı məlumat verə bilməyəcəm. Allah rəhmət eləsin".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə Sputniki Azərbaycan-a verilən məlumata görə, Xalq artistinin ölümü ilə bağlı Təcili Tibbi Yardım Xidmətinə çağırış daxil olmayıb. Bu hal da o ehtimalı yaradır ki, A.Pənahova müalicə aldığı xəstəxanada — Milli Onkologiya Mərkəzində vəfat edib.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov isə saytımıza açıqlamasında qeyd edib ki, hazırda Amaliya Pənahova ilə vida mərasimi və harada dəfn olunması məsələsi müzakirə edilir.

Qeyd edək ki, Amaliya Əliş qızı Pənahova 1945-ci ildə anadan olub. Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru kimi çalışıb. Azərbaycanın xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı olub. 

Avropanın əməkdar elm və mədəniyyət xadimi olub. 1964-cü ildən bu günədək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaradıb. Sevilən rolları sırasında Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linzanı qeyd etmək olar.

1982-ci ildə ilin aktrisası elan edilib, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında adı türk dünyasının altı populyar aktyoru sırasında qeyd olunub.

Aktrisa, həmçinin bacarıqlı rejissor kimi də özünü sınayıb. 43 illik sənət fəaliyyəti dövründə 12 tele və teatr tamaşasına quruluş verib ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın "Qızıl fond"unda saxlanılır. Onlardan İ.Əfəndiyevin "Mənim günahım", M.Muradın "Təkan", M.Qurbanovun "Sənsiz", O.Altunbayın "Tomris", A.Məmmədovun "Dəli Domrul" və s. xüsusi qeyd etmək olar.

1992-ci ildə Bakı Bələdiyyə Teatrını (BBT) yaradıb və ömrünün sonunadək BBT-yə bədii rəhbərlik və direktorluq edib.

A.Pənahova 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, MM-in sosial-siyasət daimi komissiyasının üzvü, MDB Parlamentlərarası Mədəniyyət, İnformasiya, Turizm, İdman daimi Komissiyasının sədri, İtaliya-Azərbaycan Parlamentlərin işçi qrupunun sədri olub.

Allah rəhmət eləsin.

17651
Əlaqədar
Xalq artistinin "fəlsəfə doktoru" yalanı ifşa olundu
Xalq Artisti: “Bir neçə gün sonra da xəbər gəldi ki, vəfat edib”
Xalq artisti Amaliya Pənahova vəfat edib
Mərhum xalq artistinin oğlunu həbs etdilər

Göyçaylı xəstəni polis küçədə tutdu

2
Məmmədov evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib

 

BAKI, 5 dekabr — Sputnik. Göyçay şəhər sakini Xasi Məmmədov COVID-19 virusunun daşıyıcısı olduğu üçün ev şəraitində müalicəyə cəlb olunub.

Sputnik Azərbaycan DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata istinadla xəbər verir ki, ancaq o, evdə özünü təcrid etməli olduğu halda karantin qaydalarını pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən onun olduğu yer müəyyən olunub və yaşadığı ünvana göndərilib.

X.Məmmədov barəsində Göyçay RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

2
Teqlər:
polis, karantin, qayda pozuntusu, xəstə, Koronavirus, Göyçay
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar
PPX

Bakıda koronavirus xəstəsi işindən oldu

27
(Yenilənib 17:47 03.12.2020)
Rayon ərazisində ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi, Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb

BAKI, 3 dekabr — Sputnik. Bakıda ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan koronavirus xəstəsi aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Polis Bölməsinin (PB) əməkdaşları tərəfindən rayon ərazisində ictimai yerdə əmək fəaliyyəti ilə məşğul olan aktiv COVID-19 xəstəsi, Bakı şəhər sakini Rəşad Səfərov müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları tibbi prosedurları gözləməklə onu yaşadığı evə qaytarıblar.

Onun barəsində Səbail RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

27
Teqlər:
patrul, Bakı, xəstə, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar