Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şəmkir sakini arvadını baltalayandan sonra intihar etdi

© Sputnik / Anar MustafayevBalta, arxiv şəkli
Balta, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır

BAKI, 8 noyabr — Sputnik. Şəmkirdə ər həyat yoldaşını baltalayıb. Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Aşağı Seyfəli kəndində qeydə alınıb.

Hadisə yerində polis avtomobili - Sputnik Azərbaycan
HADİSƏ
Dəhşətli qətl baş verdi, atasını balta və bıçaqla öldürdü

Kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Ələkbər Müzəffər oğlu balta ilə həyat yoldaşı, 2000-ci il təvəllüdlü Mehdixanova Nərmin Famil qızının baş nahiyəsinə bir neçə zərbə endirərək, ona ağır xəsarət yetirib. Qadın Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Olaydan sonra həyat yoldaşına baltayla xəsarət yetirən ər intihar edib. Ələkbər Əliyev özünü asıb. Onun meyiti yaşadıqları evin həyətindəki xurma ağacından asılı vəziyyətə tapılıb.

İlkin məlumatlara görə, N.Mehdixanova ilə Ə. Əliyev yeni ailə qurublar. Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti
0