Təcili tibbi yardım

Sumqayıtda usta faciəvi şəkildə həlak oldu

207
(Yenilənib 01:27 07.11.2018)
Sumqayıtda usta şadlıq evində çılçıraq quraşdırarkən yıxılaraq ölüb

BAKI, 7 noyabr — Sputnik. Sumqayıt şəhərindəki şadlıq evlərindən birində ölüm hadisəsi baş verib.

"Report"un məlumatına görə, 1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Ağacanov Emil Elçin oğlu "Sədərək" ticarət mərkəzindəki iş yerindən irihəcmli çılçıraq gətirərək, şəhər ərazisində fəaliyyət göstərən "Green House" şadlıq sarayında quraşdırmaq istəyib. Lakin gənc usta hündürlükdən yıxılaraq ölüb.

Ağacanovun meyiti müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

207