Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Narkotik alverçisi ələ keçdi

© © DİN-nin mətbuat xidmətiÜmumi çəkisi 1,5 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib
Ümumi çəkisi 1,5 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilib - Sputnik Azərbaycan
Abunə olmaq
Vüqar Novruzovun evindən xüsusi qablaşdırılmış, ümumi çəkisi 1,5 kiloqrama yaxın qurudulmuş marixuana, həmçinin 5 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 7 noyabr — Sputnik. Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, həmçinin kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində qətiyyətli tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, noyabrın 5-də Yevlax RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, Vüqar Novruzovun evindən xüsusi qablaşdırılmış, ümumi çəkisi 1,5 kiloqrama yaxın qurudulmuş marixuana, həmçinin 5 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilərək götürülüb.

© DİN-nin mətbuat xidmətiVüqar Novruzov
Vüqar Novruzov - Sputnik Azərbaycan
Vüqar Novruzov

Həmin gün polis əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər dəfələrlə məhkum edilmiş Azər Hüseynov da saxlanılıb. Şəxsi axtarış zamanı onun sellofan torbada gizlətdiyi, çəkisi 470 qram olan marixuana aşkar edilərək götürülüb.

Hər iki faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.

Xəbər lenti
0