Женские руки, закованные в наручники, фото из архива

Cahangir Hacıyevin həyat yoldaşı Londonda həbs olundu

224
(Yenilənib 22:33 06.11.2018)
55 yaşlı Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub

BAKI, 6 noyabr — Sputnik. Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva İngiltərənin paytaxtı Londonda saxlanılıb.

Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, 55 yaşlı Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub. 

Bu sərəncama əsasən, o, var-dövlətini hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

UWO, Britaniyada potensial çirkli pullara sahib olan şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Londonun Vestminster rayonunun Magistrat Məhkəməsində məlum olub ki, o, ötən həftə Azərbaycan tərəfinin tələbi əsasında London polisi tərəfindən saxlanılıb. Hacıyevanın həbsi onun Bakıya ekstradisiyası barədə xahiş ilə bağlıdır.

Bildirilir ki, onun Böyük Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunur.

224